Yolu keçərkən vurulan qadın öldü

yolu-kecerken-vurulan-qadin-oldu
Oxunma sayı: 2999

Sumqayıtda avtomobillə vurulan piyada ölüb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə ötən axşam şəhər ərazisində qeydə alınıb. E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.