Yolu keçmək istəyən 15 yaşlı qızı maşın vurdu - Fotolar

yolu-kecmek-isteyen-15-yasli-qizi-masin-vurdu
Oxunma sayı: 2533

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, "Daewoo” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızını vurub.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli