Yolu keçmək istəyən piyadanı maşın vurdu, öldü

yolu-kecmek-isteyen-piyadani-masin-vurdu-oldu
Oxunma sayı: 2026

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili onu  vurub.

Ağır xəsarətlər alan V.Əkbərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli