Gəncədə avtomobil piyadanı vurub öldürüb.
"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən şəhər sakini, 1944-cü il təvəllüdlü Vidadi Quliyev “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Sürücü Kamran Əsədov yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər