İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində ağır yol qəzası baş verib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər