Yolu keçmək istəyən qadını vurdu

yolu-kecmek-isteyen-qadini-vurdu
Oxunma sayı: 1607

Ötən gün axşam saatlarında Sumqayıtın Niyazi küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra ağaclara dəyib.

Xəsarət alan şəhər sakini E.Əliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona alın nahiyəsinin deşilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.