Şirvanda yolu keçmək istəyən 11 yaşlı uşağı maşın vurub.
"Qafqazinfo"nun məlumatına görə, Şirvan şəhər sakini 2010-cu il təvəllüdlü Məmmədov Surxan Ələddin oğlu yolu keçmək istəyən zaman onu "Mercedes" markalı minik avtomobili vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq yaxınlıqda olan insanların köməkliyi ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər