Siyəzən rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hacıyeva Təranə Ağarəhim qızını vurub.
Yaralı komatoz vəziyyətdə Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Ona qapalı kəllə-beyin travması, müştərəl travma diaqnozu qoyulub.
Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə Siyəzən polisi gəlib. Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Son xəbərlər
Son Xəbərlər