Yolu keçmək istəyirdi, maşın vurdu

yolu-kecmek-isteyirdi-masin-vurdu
Oxunma sayı: 1449

Hacıqabulda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Atbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Fərhadov Elşad Ələsgər oğlu yolu keçmək istəyən zaman Hümbətov Şahin Əli oğlu idarə etdiyi “Mercedes Sprinter” markalı maşın onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli