Yolu keçmək istəyirdi, maşın vurdu

yolu-kecmek-isteyirdi-masin-vurdu
Oxunma sayı: 2017

Ağsuda yolu keçmək istəyən piyadanı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan 90-RL-100 nömrə nişanlı “Land Crusier” markalı avtomaşın yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü rayon sakini Rauf Qarxun oğlu Mütəllimovu vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.