Balakəndə piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Talalar kəndi ərazisində rayonun Qabaqçöl qəsəbəsi istiqamətində qeydə alınıb.
Mamedov Ramil Alı oğlu “KIA Carens” markalı avtomobil ilə yolu keçmək istəyən rayon sakini Murtuzəliyeva Sürəyya Cumalı qızını vurub.
Piyada aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.