Kürdəmirdə vurulan piyada öldü

Kürdəmirdə vurulan piyada öldü
Oxunma sayı: 1347

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şüşün kəndində qeydə alınıb.

Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Bağırov Nicat Münasib oğlu idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun ehtiyat zolağında dayanmış kənd sakini, 1962-ci il təvəllüdlü İbrahimov Fariz Bərşad oğlunu vurub.

Ağır xəsarət alan F.İbrahimov Təcili Tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi