Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

yolu-kecmek-isteyirdi-masin-vurub-oldurdu
Oxunma sayı: 2315

Göyçayda yaşlı qadını avtomobil vuraraq öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, Qarabaqqal kənd sakini, 1949-cu il təvəllüdıü Nəbiyeva Sənəm Hümbət qızı yolu keçmək istəyən zaman onu "Niva" markalı minik avtomobili vurub.

Yaralı qadın dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli