Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

yolu-kecmek-isteyirdi-masin-vurub-oldurdu
Oxunma sayı: 2496

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində şəhər ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.