Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil yolu keçməyə çalışan 48 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər