Yolu rəngləyəcəklər - - Xəbərdarlıq

yolu-rengleyecekler-
Oxunma sayı: 1218


“Qafqazinfo” NİİM-in səhifəsinə istinadən xəbər verir ki, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından Azneft dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur.