Yolu süpürənlərin həyatı təhlükədədir - “20 Yanvar”dan video

yolu-supurenlerin-heyati-tehlukededir
Oxunma sayı: 2437

Gənc fəal Bəxtiyar Hacıyev küçələrin yaşlı insanlar tərəfindən süpürülməsinə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə “Azəravtoyol”u ittiham edib. Qeyd edib ki, 20 Yanvar dairəsində bu saatlarda kişilər yol süpürməklə məşğuldur və həyatları təhlükədədir: “Bunun qarşısını almaq üçün “Azəravtoyol” küçə süpürən maşınlar almalıdır”.

“Qafqazinfo” məsələ ilə bağlı “Azəravtoyol” un Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. O bildirib ki, küçələrin, dairələrin süpürülməsi işi onların səlahiyyətinə daxil deyil: “ Bu işə mənzil-kommunal təsərrüfat sahələri baxır”.

Günel Türksoy