Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Tovuzçay üzərində olan körpüdə baş verib. Hərəkətdə olan "Mercedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər, Göygöy göl rayon sakini 45 yaşlı Aytəkin Niyazova ölüb.
Qəza zamanı 5 nəfər-26 yaşlı Anar Əhmədov, 29 yaşlı Kamran Paşayev, 45 yaşlı Könül Kərimova, 49 yaşlı İlqar Quliyev və 29 yaşlı Nizaməddin Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
***
Fövqəladə Hallar Nazirliyi də qəza ilə bağlı məlumat yayıb:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Son xəbərlər
Son Xəbərlər