“Qafqazinfo” NİİM-nin səhifəsinə istinadən xəbər verir ki, iyun ayının 6-dan 7-ə keçən gecə saat 00:00-dan etibarən Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun asfalt-beton örtüyünün yenilənməsi işləri artıq başa çatdırılmaq üzrədir. Hal-hazırda yol cizgiləri xətlərinin rənglənməsi işləri həyata keçirilir. Günün sonuna qədər yolun sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər