Yoluxan xəstələrdən 213-ü reanimasiyadadır

Yoluxan xəstələrdən 213-ü reanimasiyadadır
Oxunma sayı: 1609

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7393 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 213 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6558 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 475 525 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 343 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi