Yoluxan xəstələrdən neçəsi reanimasiyadadır?

Yoluxan xəstələrdən neçəsi reanimasiyadadır?
Oxunma sayı: 1313

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 30-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7596 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 182 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6645 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 482 170 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi