Yoluxanların sayı açıqlandı

yoluxanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1717

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə alaraq sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Həmçinin, son sutkada COVID-19-dan vəfat edən də yoxdur.

Rəsmi məlumata görə, hazırda ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 88 nəfərdir.