Yoluxanların sayı milyon yarımı keçib... - Video

yoluxanlarin-sayi-milyon-yarimi-kecib
Oxunma sayı: 1801

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 209 ölkəsində 1 519 196 nəfər koronavirusa yoluxub, onlardan 88 529 nəfəri ölüb. Azərbaycanda isə 751 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 33-nün vəziyyəti ağır, 47-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 8 nəfər virus səbəbindən həyatını itirib, 63 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 400 minə yaxın aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 17 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  indiyə kimi 148 min yoluxma halı qeyd olunub. Almaniyada 113 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 2 349 ölüm.

Qonşu Türkiyədə yoluxma sayı artıq 39 minə yaxınlaşır. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayı ilə bərabərləşir. Ölkədə 30 min aktiv, 29 min sağalmış xəstə var.

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı ənənəvi video hazırlayıb. 

Sözügedən videoçarxı təqdim edirik: