“Yoluxma sayı ona görə azalıb ki...”

yoluxma-sayi-ona-gore-azalib-ki
Oxunma sayı: 5513

“Gələcəkdə müəyyən bir bölgədə yoluxma sayının kəskin artması müşahidə olunarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər”.
 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:

“Ancaq hələ ki, belə bir tədbirə ehtiyac yoxdur. Koronavirus təsir gücünü heç də azaltmayıb. Amma yoluxma sayı ona görə azalıb ki, ilk növbədə qabaqlayıcı və qadağanedici tədbirlər görüldü. Artıq əksər insanlarımız həmin tədbirlərə əməl etdilər, daha məsuliyyətli olublar. Ona görə də yoluxma sayının hazırkı vəziyyəti bizi narahat etmir. 

Nəzərə alsaq ki, artıq təmasların sayı çoxalıb – məktəblərin açılması, nəqliyyat vasitələrinin tam gücü ilə fəaliyyət göstərməsi, iş yerlərinin açılması... Təmasların sayı artdıqca ola bilər, yoluxanların sayı da artsın. Belə olan halda qarşımızda duran əsas vəzifə qorunma tədbirlərinə ciddi riayət etməkdir”.