İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşində ölkəmizi təmsil edən Murad Məmmədov bürünc medal qazanıb. Təltifetmə mərasimindən sonra 59 kq-dək çəkidə mübarizə aparan pəhləvanımız təəssüratlarını "Qafqazinfo" ilə bölüşüb:
"Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim iranlı pəhləvan idi. Kifayət qədər güclü idmançıdı. Buna baxmayaraq, 10:5 hesablı qələbə qazanmağı bacardım. Təəssüf ki, həmin qarşılaşmadan dərhal sonra yarımfinalda güləşmək üçün döşək üzərinə çağırıldım. İlk görüşün yorğunluğunu üzərimdən ata bilməmişdim. Elə bu səbəbdən də qırğız idmançıya məğlub oldum. Üçüncü yer uğrunda görüşdə isə heç bir çətinlik çəkmədim və rahatlıqla bürünc medalı qazandım.
- Gələcəkdəki planların barədə məlumat verərdin...
- Qarşıdan dünya çempionatı gəlir. Ümid edirəm ki, həmin yarışdan qızıl medalla qayıdacam.
- Bugünkü yarışdan gözləntin nə idi? Qızıl medal qazanacağına inanırdın?
- Əlbəttə, inamım böyük idi. Görünür qismət beləymiş. Nə etmək olar?..
Son xəbərlər
Son Xəbərlər