“YouTube” son 10 ilin ən populyar kliplərini açıqladı - Video

youtube-son-10-ilin-en-populyar-kliplerini-aciqladi
Oxunma sayı: 3289

“YouTube” videohostinqi son on ilin ən populuyar kliplərinin siyahısını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, 2010-cu ildən bu günədək kliplər 37 milyard dəfədən çox izlənilib.

Ən çox baxılan Luis Fonsi və Daddy Yankee-nin “Despacito”ya çəkdirdikləri klip olub. Video 2017-ci ildə işıq üzü görüb və indiyədək 6,5 milyarddan çox baxış sayı toplayıb.

İkinci yerdə 4, 5 milyard baxış sayı olan Ed Şiranın “Shape of you” klipidir. Şiran sözügedən siyahıya iki dəfə düşən yeganə ifaçı olub. Belə ki, onun “Thinking Out Loud” mahnısına çəkdirdiyi klipi 10-cu yeri tutub.

Üçüncü yerdə “See you again” mahnısına çəkdirdiyi klipi ilə Viz Halifa qərarlaşıb.

Həmçinin top-10-da Castin Biberin “Sorry”, Keti Perrinin “Roar”, Maroon 5-in “Sugar”ı yer alıb.