“Youtube” yenə çökdü

youtube-yene-cokdu
Oxunma sayı: 941

Yutub videohostinq istifadəçiləri servisin işində problemlərlə üzləşiblər.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar “Downdetector” portalında şikayətlər yerləşdirilib.  

Bildirilir ki, servis Fransa, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Rumıniya, Ukrayna, Rusiya, eləcə də ABŞ və Yaponiyada fasilələrlə işləyir.

Şikayətlərin çox qismi videoların yüklənməməsi ilə bağlıdır.