“YouTube”da nə qədər vaxt sərf etdiyinizi biləcəksiniz - Yenilik

youtubeda-ne-qeder-vaxt-serf-etdiyinizi-bileceksiniz
Oxunma sayı: 1177

“YouTube” real həyat və internet arasında balansı qoruyub saxlamaq məqsədilə bu video hostinqdə keçirilən vaxtı göstərməyə başlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, indi izlənmiş videolara sərf edilən vaxtı öyrənmək mümkündür.

Statistika jurnalı “YouTube” video hostinqində bu gün, dünən və son 7  gün ərzində izlənmiş videolara sərf edilmiş vaxtı göstərir.