Tanınmış ABŞ aktrisası və modeli Milla Yovoviç üçüncü dəfə ana olacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, İnstaqram hesabında yazıb.
Bir müddət əvvəl abort keçirən Yovoviç bu dəfə normal hamiləlik yaşayacağına ümid edir. Tibb işçilərinin proqnozları da müsbətdir.
Qeyd edək ki, Milla Yovoviç ingiltərəli kinorejissor Pol Uilyam Skott Andersonla ailəlidir. 2009-cu ildə ailə həyatı quran cütlüyün Ever və Deşiel adlı qız övladları var.




Son xəbərlər
Son Xəbərlər