Yoxa çıxan erməni bloggerin meyiti tapıldı

yoxa-cixan-ermeni-bloggerin-meyiti-tapildi
Oxunma sayı: 1518

Ermənistanda martın 17-dən yoxa çıxan blogger və fəal Karen Vardanyanın öldürüldüyü məlum olub.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Karen həmin tarixdə evindən çıxaraq bir həftəlik BƏƏ-yə səfərə getməyi planlaşdırıb, lakin geri qayıtmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində məlum olub ki, blogger Artur Miqranyan və Gevork Zoqrabyan tərəfindən martın 17-də başından küt alətlə çoxsaylı zərbələr vurularaq qətlə yetirilib və meyiti ikinciyə aid qarajda gizlədilib. Hər iki şəxs saxlanılıb. Qətlin təfərrüatı açıqlanmır.