Yoxa çıxan gəlin-baldız tapıldı

yoxa-cixan-gelin-baldiz-tapildi
Oxunma sayı: 1596

Şirvan şəhərində yoxa çıxan iki nişanlı qız hələ ki, tapılmayıb.

Bu barədə “Qafqazinfo”ya DİN Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib. O qeyd edib ki, yoxa çıxan hər iki şəxsin tapılması üçün zəruri axtarış əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar. Onlar gəlin baldızdırlar.

***

Aytac Zahidovanın anası Flora xanım APA TV-yə bildirib ki, nişanlı qızlar 26 may tarixindən evdən çıxıblar:

"17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım “Youtube”da videoya baxıb və evə qayıdıblar. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Günel Türksoy