Yoxa çıxan şagirdlər tapıldı

yoxa-cixan-sagirdler-tapildi
Oxunma sayı: 3317

Bakıda itkin düşən məktəblilər tapılıb.

“Qafqazinfo”nun vediyi xəbərə görə, uşaqlar gecə saatlarında tapılıb. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fəridə və Məhəmməd Zabrat qəsəbəsi ərazisində tapılıb.

Təhlükəsiz Şəhər Xidmətinin kamera görüntülərinə baxış keçirilərək onların hərəkət istiqaməti müəyyən edilib. Məktəblilər valideynlərinə təhvil verilib.

Qeyd edək ki, beşinci sinif şagirdi olan bacı-qardaş 20 saylı məktəbədən çxıdıqdan sonra itkin düşüblər.

Murad Əhməd