“Qafqazinfo” xəbər verir ki, bu barədə Kuala-Lumpurda təhqiqat qrupunun rəhbəri məlumat verib.
Həmçinin Malayziyanın hökumət nümayəndələri bildirib ki, Vyetnam xilasediciləri tərəfindən Cənub-Çin dənizində aşkar edilmiş fraqmentlər itmiş təyyarəyə məxsus deyil. Hazırda axtarış-xilasetmə əməliyyatı səkkiz ölkənin hərbi-hava və hərbi-dəniz qüvvələrinin iştirakı ilə davam etdirilir.
Aviaşirkətin yaydığı məlumatda deyilir: “Hələlik heç bir nəticənin əldə edilməməsinə baxmayaraq, axtarışlar davam etdirilir. Xilasedici əməliyyat Malayziyanın Mülki Aviasiya Departamenti tərəfindən əlaqələndirilir”. Avstraliya, Çin, Tailand, İndoneziya, Sinqapur, Vyetnam, Filippin və ABŞ axtarış əməliyyatlarının aparılması üçün öz qüvvələrini göndəriblər.
Bu gün Böyük Britaniyanın hökumət orqanları da axtarış əməliyyatlarına qoşulmaq istədiklərini bildirib.
Qeyd edək ki, göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olan sərnişin təyyarəsi martın 8-də saat 02:41 dəqiqədə radarların ekranlarından itib. Həmin vaxt təyyarənin Cənub-Çin dənizində, Kota-Baru şəhərindən 120 dəniz mili məsafədə olduğu bildirilir.
İlkin məlumatlara görə, sərnişinlərdən 154-ü Çin, 38-i Malayziya, 7-i İndoneziya, 7-i Avstraliya, 5-i Hindistan, 4-ü ABŞ, 3-ü Fransa vətəndaşı olub. Bundan əlavə, təyyarədə Yeni Zelandiya, Kanada və Ukraynanın hərbirindən 2, Rusiya və Niderlandın hər birindən isə 1 sərnişin olub.