Yoxlamaların dayandırılması müddəti daha bir il uzadıldı

yoxlamalarin-dayandirilmasi-muddeti-daha-bir-il-uzadildi
Oxunma sayı: 4047

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadılıb.

Bundan əvvəlki sənəd 2022-ci ilin yanvarın 1-dək olan dövrü əhatə edirdi. Yeni sənədlə bu müddət 2023-cü ilədək uzadılmış olub.