“YPG razılaşmanı pozdu, bölgədən çəkilmədi” - Hülusi Akar

“YPG razılaşmanı pozdu, bölgədən çəkilmədi”
Oxunma sayı: 1562

“YPG/PKK terror təşkiları ABŞ və Rusiya ilə əldə edilən razılaşmanı pozaraq Suriyanın şimal-şərqindən çəkilmədi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hülusi Akar CNN-ə açıqlamasında deyib. Nazir qatıldığı proqramda bunları deyib:

“Biz Suriyaya girərkən əsla istila, basqın etmirik. Sadəcə hərəkatı həyata keçiririk. ABŞ və Rusiya ilə razılıq əldə etmişdik və onlar YPG-ni həm hərəkat bölgəsindən, həm də şərq və qərbdən çıxarmağı qəbul etmişdilər. Amma təəssüf ki, YPG-li terrorçular tərəfindən edilən bir çox günah var. Bu səbəbdən biz onlara qarşı çıxırıq. Eyni zamanda ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə bölgənin terrorçulardan təmizlənməsini istəyirik. YPG/PKK terror təşkilatı ABŞ və Rusiya ilə bağlanan sazişləri pozaraq bölgədən çəkilmədi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi