Yük avtomobili ilə vuruldu, öldü...

Yük avtomobili ilə vuruldu, öldü...
Oxunma sayı: 1878

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 13-də saat 13 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi