Yük avtomobili mikroavtobusla toqquşdu, bir ölü, iki yaralı - Foto

yuk-avtomobili-mikroavtobusla-toqqusdu-bir-olu-iki-yarali
Oxunma sayı: 1744

Bakı-Qazax magistralının Goranboydan keçən hissəsində ağır qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib. 

Qəza zamanı 1965-ci il təvəllüdlü Mehriban Mirzeyeva və 1998-ci il təvəllüdlü Nigar Həsənova ağır yaralanıb. Onlar Xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli