İspaniyanın Barselona şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumat əsasən, insident Kataloniyanın mərkəzində qeydə alınıb. Yük maşını piyada keçidi qarşısında əyləci basmayıb. Nəticədə maşın motosikletçini və bir neçə nəfəri vurduqdan sonra ağaca dəyərək dayanıb. Qəza zamanı ikisi uşaq olmaqla 7 nəfəri yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzaya yük avtomobilinin əyləc sisteminin sıradan çıxması səbə olub.
Son xəbərlər
Son Xəbərlər