Yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı

yuk-masini-asdi-turkiye-vetendasi-xesaret-aldi
Oxunma sayı: 1767

Qazaxda "TIR" aşıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan ağır tonnajlı "TIR"ın idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində Türkiyə vətəndaşı, sürücü, 1983-cü il təvəllüdlü Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli