Yük maşını çaya aşdı - Sürücü xəsarət aldı

yuk-masini-caya-asdi
Oxunma sayı: 2759

Lənkəranda yük maşını idarəetməni itirərək çaya aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Girdəni-Havzava kənd yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 m hündürlükdən Girdəniçaya aşıb.

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov