Yük maşını dərəyə aşdı

yuk-masini-dereye-asdi
Oxunma sayı: 1351

Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobili dərəyə aşıb.

Bu barədə “Qafqazinfo” FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.