Yük maşını dirəyə çırpıldı, yaralılar var - Fotolar

yuk-masini-direye-cirpildi-yaralilar-var
Oxunma sayı: 1756

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin şərq çıxışında, Nizami məqbərəsinin yanında qeydə alınıb.

Hərəkətdə olan “İsizu” markalı yük maşını idarəetmədən çıxaraq, yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza zamanı sürücü və sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli