Quba-Xaçmaz yolunun Alekseyevka kəndində yük avtomobili qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə kəndin dörd yol deyilən ərazisində baş verib. Belə ki, “QAZEL” markalı yük maşını yol kənarında çinar ağacını kökündən qopararaq elektrik dirəyinə çırpılıb. Qəza zamanı yük maşınının sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlib. Yaralılar: 1999-cu il təvəllüdlü Çingiz İskəndərov və 1998-ci il təvəllüdlü Kamal Nağıyev Quba Rayon Diaqnostika Mərkəzinə aparılıblar.


Son xəbərlər
Son Xəbərlər