Yük maşını hasara çırpıldı- - Sürücü yaralandı

yuk-masini-hasara-cirpildi-
Oxunma sayı: 780


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb  və aidiyyəti üzrə təhvil veriblər.