Yük maşını ilə avtomobil toqquşdu, yaralılar var - Foto

yuk-masini-ile-avtomobil-toqqusdu-yaralilar-var
Oxunma sayı: 2262

Zaqatalada dörd nəfərin xəsarət alaması ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,“Ford” markalı  xırdatutumlu yük maşını ilə “VAZ 2106” minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Bədirov Malik Şaban oğlu  və 1988-ci il təvəllüdlü Bədirov Elçin Rəcəb oğlunun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov