Yük maşını ilə piyadanı vurdu

yuk-masini-ile-piyadani-vurdu
Oxunma sayı: 909

Şəkidə yük maşını piyadanı vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyin  Yunus oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.