Yük maşını qəza törətdi- - Məktəbli yerindəcə keçindi

yuk-masini-qeza-toretdi-
Oxunma sayı: 1814


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi "57 BA 154" dövlət nömrə nişanlı yük maşını ilə vurulub.

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.