Yük maşını yaşlı kişini vurdu

yuk-masini-yasli-kisini-vurdu
Oxunma sayı: 867

Kürdəmirdə yük avtomobili yaşlı kişini vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.

Belə ki, Kürdəmir rayonun sakini, 1961-ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu yolu keçmək istəyərkən Qasımov Firidun Mirzəhüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını vurub.

A.Zeynalov Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Tural Hüseynli