Cəlilabad sakinini Ucarda yük maşını vuraraq öldürüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarabörk kəndində baş verib.
Belə ki, yol kənarında dayanan Cəlilabad rayon sakini Quluyev Əfqan Əli oğlunun üzərindən "Hova" markalı yük maşını keçib.
Ə.Quluyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli

Son xəbərlər
Son Xəbərlər