Gürcüstan vətəndaşının idarə etdiyi “Man” markalı yük maşını yolu keçən qadını vuraraq öldürüb.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. Ağır bədən xəsarətləri alan qadın Goranboy rayon Xəstəxanasına çatdırılsa da, öldüyü məlum olub.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər